2020-ci ildə Dövlət Gömrük Komitəsinə (DGK) elektron xidmətlərlə bağlı daxil olmuş müraciətlərin sayı açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə qurumun sədri Səfər Mehdiyev məlumat verib.
O, ötən il rəhbərlik etdiyi qurumun elektron xidmətlərdən istifadə üzrə 4,6 milyon müraciət qəbul etdiyini deyib.