Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə S.Mehdiyev özünün tvitter hesabında paylaşım edib.
DGK sədri əlavə edib ki, Pakistanın gömrük xidməti ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır:
"Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə keçən səmimi görüşümüzdə hər iki ölkənin gömrük xidmətləri arasındakı əməkdaşlıqdan, perspektivlərdən bəhs etdik, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq”.