Səfər Mehdiyev "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub

Səfər Mehdiyev "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradılır
Biznes
12 Aprel , 2021 15:04
Səfər Mehdiyev Xanoba gömrük postunda aparılan tikinti işləri ilə tanış olub

Aprelin 11-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub.

Bu barədə "Report" DGK-ya istinadən xəbər verir.

Ərazidə həyata keçirilən tikinti-quraşdırma işləri ilə bağlı Komitə sədrinə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsinin sədri postda gömrük rejimi zonasında, idxal-ixrac nəzarət xəttlərində, eləcə də postun inzibati binasında tikinti işlərinin gedişatı ilə maraqlanıb, müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, inşaat işlərini həyata keçirən mütəxəssislərlə söhbət edib, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, "Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin ötən ilin aprel ayında imzaladığı sərəncama əsasən aparılır. İnşaat işləri başa çatdıqdan sonra gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur. Bundan başqa "Xanoba" gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan- Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi