Səfir: “Hindistanın Azərbaycanla iqtisadi əlaqələrini şaxələndirmək üçün geniş imkanlar var”

Səfir: “Hindistanın Azərbaycanla iqtisadi əlaqələrini şaxələndirmək üçün geniş imkanlar var” ​​​​​​​Hindistanın Bakıdakı Səfirliyi Mühəndislik Məhsullarının İxracının Təşviqi Şurası ilə birlikdə mühəndislik məhsulları üzrə hibrid rejimində vebinar, ardından da ikitərəfli görüşlər (B2B) təşkil edib
Biznes
26 Oktyabr , 2021 18:23
Səfir: “Hindistanın Azərbaycanla iqtisadi əlaqələrini şaxələndirmək üçün geniş imkanlar var”

Hindistanın Bakıdakı Səfirliyi Mühəndislik Məhsullarının İxracının Təşviqi Şurası ilə birlikdə mühəndislik məhsulları üzrə hibrid rejimində vebinar, ardından da ikitərəfli görüşlər (B2B) təşkil edib.

Hindistanın Azərbaycandakı Səfirliyindən “Report”a veriln məlumata görə, Hindistanın müstəqilliyinin 75-ci il dönümü ilə əlaqədar təşkil olunan tədbirlərin bir hissəsi olan bu vebinarda Hindistanın və Azərbaycanın 40-dan çox müxtəlif mühəndislik şirkətlərinin nümayəndələri iştirak edib.

Mühəndislik Məhsullarının İxracının Təşviqi Şurası Hindistanın mühəndislik məhsulları istehsalıçılarının və ixracatçılarının milli qurumudur, Hindistan ixracatçılarına, eyni zamanda, mühəndislik məhsullarını Hindistandan təchiz etmək istəyən idxalçılar, habelə beynəlxlaq alıcılara köməklik göstərir.

Tədbirin keçirilməyində məqsəd Hindistan mühəndislik sektoru barədə ətraflı məlumat vermək idi. Tədbirdə Mühəndislik Məhsullarının İxracının Təşviqi Şurasının sədri Maneş Desai açılış nitqi ilə çıxış edərək Hindistanın mühəndislik sektorunun gücü və Hindistan hökumətinin bu sahədə həyata mövcud dövlət proqramı barədə məlumat verib. O, həmçinin, BŞCND-nin yaxın illərdə iki dost ölkə arasında ticarət həcmini artıraca biləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən səfir B. Vanlalvavna Azərbaycanla iqtisadi əlaqələrin şaxələndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. O, Hindistanın mühəndislik məhsullarının Azərbaycan bazarında artıq tanındığını, istər neft, istərsə də qeyri-neft sektoru üçün reaktorlar, qazanlar, nasoslar, klapanlar və s. kimi müxtəlif mühəndislik məhsullarının idxal olunduğunu və ölkədə istifadə edildiyini bildirib.

Daha sonra qeyd edib ki, Hindistan mühəndislik sektoru ildə 76 milyard ABŞ dolları dəyərində məhsul ixrac edir və bu sahədə hər iki ölkə arasında əməkdaşlıq əlaqələrini artırmaq üçün daha çox imkanlar mövcuddur.

Azərbaycan statistik məlumatlarına əsasən, Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 2021-ci ilin yanvar-sentyabr ayları üzrə ötən illə müqayisədə 20,1% artaraq 610.1 milyon ABŞ dolları olub. Hindistan bu dövrdə Azərbaycanın 8-ci əsas ticarət tərəfdaşı olub. Azərbaycandan Hindistana ixrac 503,2 milyon ABŞ dolları təşkil edərək 22% artıb. Hindistanın Azərbaycanın ümumi ixracındakı payı bu dövrdə 3,4 % olmaqla, Hindistan Azərbaycan üçün 8-ci əsas ixrac məkanı olub. Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın Hindistandan idxalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% artararaq 106,9 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi