SİF: "İşğaldan azad edilmiş ərazilər üçün yeni dəstək mexanizmi yaradılıb"

SİF: "İşğaldan azad edilmiş ərazilər üçün yeni dəstək mexanizmi yaradılıb" Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün yeni dəstək mexanizmi yaradılır.
Biznes
17 Yanvar , 2024 11:26
SİF: İşğaldan azad edilmiş ərazilər üçün yeni dəstək mexanizmi yaradılıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün yeni dəstək mexanizmi yaradılıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, mexanizm gələn aydan tətbiq ediləcək.

"Bu mexanizm çərçivəsində 500 milyon manatlıq kredit portfelinin 90 %-nə - 450 milyon manatlıq hissəsinə zəmanət verilməsi nəzərdə tutulur və zəmanət verilmiş kreditlərə 150 milyon manata qədər subsidiya veriləcəyi proqnozlaşdırılır. Güzəştli kreditlərin maksimal məbləği 5 milyon manat, maksumal müddəti isə 7 ildir", - deyə sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi