ƏƏSMN 1,7 mln manatlıq tenderə yekun vurub

ƏƏSMN 1,7 mln manatlıq tenderə yekun vurub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikinti işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Biznes
23 Avqust , 2021 17:53
ƏƏSMN 1,7 mln manatlıq tenderə yekun vurub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikinti işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Ece Group" MMC-dir.

Qalib şirkətə 1 milyon 741,8 min manat ödəniləcək.

Qeyd edək ki, "Ece Group"un dövlət büdcəsinə 2 min 087,8 manat vergi borcu var.

Son xəbərlər

Orphus sistemi