Sumqayıtda məktəb təhlükəsizliyinin yaxşılaşdırılması layihəsi həyata keçirilib

Sumqayıtda məktəb təhlükəsizliyinin yaxşılaşdırılması layihəsi həyata keçirilib Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfdaşlarla birlikdə Sumqayıt şəhəri 2 saylı məktəbin yaxınlığındakı küçələrdə uşaqlar üçün əlverişli şəraitin təşkili layihəsini həyata keçirib. Küçədə tələbələrin təhlükəsizliyini təmin etmək üçün avtomobill
Biznes
13 Oktyabr , 2022 16:48
Sumqayıtda məktəb təhlükəsizliyinin yaxşılaşdırılması layihəsi həyata keçirilib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfdaşlarla birlikdə Sumqayıt şəhəri 2 saylı məktəbin yaxınlığındakı küçələrdə uşaqlar üçün əlverişli şəraitin təşkili layihəsini həyata keçirib. Küçədə tələbələrin təhlükəsizliyini təmin etmək üçün avtomobillərin sürəti aşağı salınıb.

AYİB-dən “Report”a bildirilib ki, bankın Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansı (EAAST), Azərbaycan Milli Avtomobil Klubu (AMAK) və Qlobal Şəhərsalma Təşəbbüsü (QŞT) ilə tərəfdaşlıq çərçivəsində əsas qərarverənlər, maraqlı tərəflər və Azərbaycan mediası üçün ərazinin transformasiyası ilə bağlı son aylarda görülən işləri təqdim etmək, bu transformasiyanın ilkin təsirini qiymətləndirmək, mənimsənilən dərsləri müzakirə etmək və Azərbaycanda gələcək tətbiq imkanlarını araşdırmaq üçün seminar təşkil edib.

Seminar təşkilatçıları deyiblər ki, hazırda sürət həddini aşan avtomobillərin sayı 17%, məktəb qarşısında avtomobillərin maksimal sürəti isə 33% azalıb.

“Bu gün Qlobal Şəhərsalma Təşəbbüsünün əsas qlobal ekspertlərinin bu məqsədə nail olmaqda alətlər dəstini hazırlamaq üçün bizimlə işləməsindən və bu layihənin hazırlanmasına kömək etmək üçün AMAK və EASST-dən çox bacarıqlı yerli tərəfdaşların bizimlə olmasından çox məmnunuq”, - AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova vurğulayıb.

Son xəbərlər

Orphus sistemi