Taras Kaçka: “Ukrayna Azərbaycan sərmayələrini cəlb etməkdə maraqlıdır"

Taras Kaçka: “Ukrayna Azərbaycan sərmayələrini cəlb etməkdə maraqlıdır" Ukraynanın İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan biznesi ilə dialoqu dəstəkləməkdə maraqlıdır.
Biznes
18 Dekabr , 2020 13:45
Taras Kaçka: “Ukrayna Azərbaycan sərmayələrini cəlb etməkdə maraqlıdır
Taras Kaçka

"Ukraynanın İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan biznesi ilə dialoqu dəstəkləməkdə maraqlıdır. Çünki, Ukraynanın bölgədə bir çox ticarət planları var.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, nazir müavini, Ukraynanın ticarət nümayəndəsi Taras Kaçka Azərbaycanın Ukraynadakı səfirliyində azərbaycanlı iş adamları ilə görüşdə bildirib.

"Bizim üçün Azərbaycan biznesi ilə dialoq aparmaq çox vacibdir. Çünki, bölgədə bir çox plan və fəaliyyətimiz var", - deyə T.Kaçka bildirib.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyi təklif və iradlara açıqdır: “Ukrayna Azərbaycandan investisiyalarının cəlb edilməsində maraqlıdır və Ukraynadakı Azərbaycan biznesini dəstəkləməyə hazırdır”.

Xatırladaq ki, Azərbaycanın Ukraynaya birbaşa sərmayələrinin həcmi 2019-cu ildə 210 milyon ABŞ dolları təşkil edib, 2017-ci ildə isə bu göstərici 216 milyon ABŞ dolları olub.

Son xəbərlər

Orphus sistemi