Ticarət nümayəndəsi: "Rusiyanın regionları Azərbaycan məhsullarını almağa hazırdır"

Ticarət nümayəndəsi: "Rusiyanın regionları Azərbaycan məhsullarını almağa hazırdır" "Rusiyanın regionlarının böyük hissəsi Azərbaycan məhsullarını gözləyir və bu məhsulları almağa hazırdırlar".
Biznes
12 Fevral , 2022 15:29
Ticarət nümayəndəsi: Rusiyanın regionları Azərbaycan məhsullarını almağa hazırdır

"Rusiyanın regionlarının böyük hissəsi Azərbaycan məhsullarını gözləyir və bu məhsulları almağa hazırdırlar".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Zaqitoviç bu gün Xaçmazda “Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının göndərilmə mərasimində deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanla Rusiya arasında həyata keçirilən “Aqroekspress” kimi layihələri dəstəkləyirik: "Bu layihə sayəsində Rusiyanın regionlarının Azərbaycan məhsullarını almaq imkanları şaxələndirilir. Əminəm ki, "Aqroekspress" layihəsi müntəzəm şəkildə həyata keçiriləcək və bu, bizim ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət göstərəcək".

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 12 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.

Azərbaycanda “Aqroekspress” layihəsi Azərbaycan-Rusiya İşgüzar Şurası, “Rusiya İxrac Mərkəzi” SC (RİM), “Roseksimbank” SC, “Azərbaycan Dəmir Yolları” QSC, “RDY” ASC-nin dəstəyi ilə “Alliance Logistics” MMC və “RDY Logistika” SC tərəfindən həyata keçirilir.

Azərbaycandan Rusiyaya “Aqroekspress” vasitəsilə çatdırılan ilk yük meyvə-tərəvəz məhsulları, xüsusilə Rusiya bazarında tələbatın yüksək olduğu təzə Azərbaycan xurması oldu.

Son xəbərlər

Orphus sistemi