“Toyota Motor”un avtomobil istehsalı 16 %-dən çox azalıb

“Toyota Motor”un avtomobil istehsalı 16 %-dən çox azalıb Bu ilin avqust ayında Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” şirkətinin qlobal avtomobil istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% azalaraq 531,448-ə düşüb.
Biznes
2 Oktyabr , 2021 10:52
“Toyota Motor”un avtomobil istehsalı 16 %-dən çox azalıb

Bu ilin avqust ayında Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” şirkətinin qlobal avtomobil istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % azalaraq 531 min 448-ə düşüb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə ilk dəfə yaşanan azalmaya parça çatışmazlığı və yarımkeçirici çip təchizatı çatışmazlığı səbəb olub.

Hesabat dövründə “Toyota Motor”un yerli istehsalı 185 min 726 (illik müqayisədə 8,4 % az), xarici istehsalı isə 345 min 722 (19,9 % az) təşkil edib.

Bundan başqa, şirkət 2022-ci ilin mart ayında yekunlaşacaq qlobal istehsal hədəfini əvvəl açıqladığı 9,3 milyondan 9 milyona endirib.

Son xəbərlər

Orphus sistemi