“Toyota” şirkəti gələn il ilk elektromobilinin satışına başlayacaq

“Toyota” şirkəti gələn il ilk elektromobilinin satışına başlayacaq Yaponiyanın ən böyük avtomobil konserni olan “Toyota Motor” gələn il özünün ilk elektromobillərinin satışına başlayacaq.
Biznes
29 Oktyabr , 2021 10:12
“Toyota” şirkəti gələn il ilk elektromobilinin satışına başlayacaq

Yaponiyanın ən böyük avtomobil konserni olan “Toyota Motor” gələn il özünün ilk elektromobillərinin satışına başlayacaq.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkət bəyan edib.

“Toyota bZ4X” krossoverinin satışının bütün dünyada həyata keçiriləcəyi bildirilib. Bununla belə, modelin qiyməti barədə açıqlama verilməyib. Avtomobilin bir cərəyanla 500 km-dək məsafə qət edə biləcəyi, batareyanın 80%-dək doldurulmasının, təxminən, yarım saat vaxt aparacağı bildirilir. Bundan başqa, günəş batareyaları ilə təchiz edilmiş modifikasiyanın da olacağı bildirilir.

Qeyd edək ki, Yaponiya hökuməti ötən il istixana qazları tullantılarının azaldılması ilə bağlı plan qəbul edib. Bu plana həmçinin 2030-cu ilədək benzin və dizel avtomobillərinin istehsalının tam dayandırılması da daxildir.

Son xəbərlər

Orphus sistemi