Türk Dövlətləri Təşkilatlarına üzv ölkələr arasında ortaq halal infrastrukturun qurulması təklif edilib.
"Report" xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib.
"Ticarətdə texniki maneələrin aradan qaldırılması üçün İslam ölkələrinin standartları ilə birgə əməkdaşlıq qurulması fayda verəcək. Ölkələrimiz arasında kənd təsərrüfatında aşkar edilməsi lazım olan ciddi bir potensial var. Xüsusilə toxumçuluq, su məhsulları, kənd təsərrüfatı texnikaları və oxşar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə inanıram. Ölkələrimiz arasında ticarətin artırılması üçün şirkətlərimizin tanıdılması çox vacibdir", - deyə o qeyd edib.