Bu gün Ankarada Türkiyə-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilib və 138 maddədən ibarət protokol imzalanıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.
"Bu sənəd bizim yol xəritəmizdir. 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi bir qədər də artıb. Məqsədimiz 2023-cü ilə qədər 15 milyard ABŞ dolları dəyərində dövriyyəyə nail olmaqdır", - o qeyd edib.