Türkiyə rəsmisi: “Zəngəzur dəhlizi logistika və ticarətdə yeni alternativ olacaq”

Türkiyə rəsmisi: “Zəngəzur dəhlizi logistika və ticarətdə yeni alternativ olacaq” “Bakı-Tbilisi-Qars dəmir yolu xətti üç ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Zəngəzur dəhlizi də logistika və ticarətdə yeni alternativ olacaq”.
Biznes
14 Dekabr , 2021 11:51
Türkiyə rəsmisi: “Zəngəzur dəhlizi logistika və ticarətdə yeni alternativ olacaq”
Nail Olpak

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti üç ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Zəngəzur dəhlizi də logistika və ticarətdə yeni alternativ olacaq”.

"Report'" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının prezidenti Nail Olpak deyib.

Onun sözlərinə görə, üç ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün imkanlar genişdir: “Məsələn, bu il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard ABŞ dolları təşkil edib. İki ölkənin bütün sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığı genişlənir. İşğaldan azad edilmiş ərazilərdə böyük layihələrin icrasında birlikdə ola bilərik”.

Son xəbərlər

Orphus sistemi