Türkiyənin “ENKA İnşaat” şirkətinin törəməsi “ENKA Renewables” Gürcüstan dövləti ilə kaskad tipli 460 meqavatt gücə malik Namaxvani SES-in tikintisi ilə bağlı müqaviləni ləğv edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata əsasən, buna səbəb nəzərdə tutulmuş şərtlərin pozulması və fors-major hallardır.
SES-in tikintisi üzrə müqavilə 2019-cu ilin aprelin 25-də imzalanıb, inşaat işlərinə 2020-ci ilin yayında başlanılıb. Tikinti işlərinin 2024-cü ilin II yarısında başa çatdırılması gözlənilirdi. Layihənin ümumi investisiya dəyəri 800 milyon ABŞ dolları təşkil edib.
SES-in inşasına etiraz olaraq Kutaisi və Tbilisi şəhərlərində bir sıra kütləvi aksiyalar keçirilib.