“United Airlines” 200 elektrikli uçan taksi alacaq

“United Airlines” 200 elektrikli uçan taksi alacaq Bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir
Biznes
11 Fevral , 2021 16:07
“United Airlines” 200 elektrikli uçan taksi alacaq

ABŞ-ın aparıcı aviaşirkəti - “United Airlines” hava limanlarına sərnişin daşımaq üçün 200 elektrikli uçan taksi almağı planlaşdırır.

“Report” bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, aviaşirkət bu məqsədlə yaxın 5 ildə Kaliforniyada fəaliyyət göstərən istehsalçıya - “Archer” şirkətinə 1 milyard ABŞ dolları ödəyəcək, daxili aviadaşıyıcı “Mesa” ilə əməkdaşlıq edəcək.

Sözügedən taksilərin saatda təxminən 240 kilometr sürətlə hərəkət etdiyi, hava limanlarına hərəkət zamanı karbon dioksid emissiyasını təxminən 50 % azaldacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi