Bu ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13 % artıb.
“Report” xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
“Əsas məsələyə, daha doğrusu, ticari-iqtisadi qarşılıqlı fəaliyyət məsələsinə gəlincə, əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir. Dövriyyə dörd milyarddan çoxdur, məncə, 4,3-4,5 milyarddır və bu, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa sərmayəsidir. Tendensiya yaxşıdır, məncə, ilin birinci yarısında artıq 13 faizlik artım var”, - o bildirib.
V.Putin, həmçinin Azərbaycan Prezidentinə “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin inkişafı məsələlərinin müzakirəsini təklif edib.