Vüqar Oruc: “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti adından keçirilən konfrans legitim deyil”

Vüqar Oruc: “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti adından keçirilən konfrans legitim deyil” Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) bir neçə üzvü Cəmiyyət daxilində qruplaşma yaradaraq sədrin və müavinin razılığı olmadan, Nəzarət Təftiş Komissiyasının rəyi olmadan, heç bir nöqsan və əsas bildirilmədən toplaşıb, özbaşına qərar verərək Cə
Biznes
24 İyul , 2024 18:12
Vüqar Oruc: “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti adından keçirilən konfrans legitim deyil”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) bir neçə üzvü Cəmiyyət daxilində qruplaşma yaradaraq sədrin və müavinin razılığı olmadan, Nəzarət Təftiş Komissiyasının rəyi olmadan, heç bir nöqsan və əsas bildirilmədən toplaşıb, özbaşına qərar verərək Cəmiyyət üzvlərində çaşqınlıq yaradıb və nəticə olaraq qeyri-qanuni yolla iyulun 19-da növbədənkənar “konfrans” keçiriblər.

Bunu “Report”a AQC sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, sözügedən qrup Cəmiyyətin nizamnaməsinin tələbini pozaraq konfrans üçün tələb olunan 50 %+1 iştirakçı çoxluğuna nail olmayıb: “Belə ki, AQC Nizamnaməsinə əsasən konfrans baş tutmayıb. İcra orqanının tərkibinin dəyişdirilməsi üçün üzvlərin 2/3 hissəsinin səsi tələb olunduğu halda 150 nəfər üzvü olan Cəmiyyətin cəmi 28 nəfəri ilə səsvermə keçirilib, 20 səs ilə sədr, 11 səs ilə müavinlər təyin edilərək legitimlik pozulub. Həmçinin tədbirin keçirilməsi üçün AQC sədrinin razılığı olmadığı üçün iş mərkəzləri və hotellər yer verməyib, başqa təşkilat adına tədbir keçirilib. Bu tədbir ictimaiyyətdə yanlış təsəvvür yaradıb”.

V. Oruc qeyd edib ki, Nizamnaməyə uyğun olaraq son hesabat – seçki konfransı 2022-ci il may 20-də keçirilib və nəticələr Ədliyyə Nazirliyinə təqdim olunub. Həmin ilin iyun ayının 23-də nazirlik nəticələri təsdiqləyib. Həmin sənəddə AQC sədrinin səlahiyyət müddəti 2025-ci il may ayının 20-dək göstərilib, Cəmiyyətin rəhbəri əlavə edib.

Son xəbərlər

Orphus sistemi