Vyetnam Azərbaycanla təhsil və biznes sahələrində əməkdaşlıq etmək istəyir

Vyetnam Azərbaycanla təhsil və biznes sahələrində əməkdaşlıq etmək istəyir Vyetnam Azərbaycan ilə texnologiyaların mübadiləsi, təhsil və biznesə dəstək sahələrində əməkdaşlıq etmək istəyir.
Biznes
23 İyul , 2024 14:27
Vyetnam Azərbaycanla təhsil və biznes sahələrində əməkdaşlıq etmək istəyir

Vyetnam Azərbaycan ilə texnologiyaların mübadiləsi, təhsil və biznesə dəstək sahələrində əməkdaşlıq etmək istəyir.

"Report" xəbər verir ki, bunu Vyetnam Milli Sahibkarlıq Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü Trinh Thi Tu Ha Azərbaycan və Vyetnam sahibkarları ilə görüşdə deyib.

O bildirib ki, Vyetnam və Azərbaycan arasında əlaqələri inkişaf etdirmək, ticarət fəaliyyətini daha yüksək səviyyəyə çatdırmaq üçün əməkdaşlığı davam etdirəcəyik: “Həmçinin Assosiasiya Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə seminarlar, biznes forumlar təşkil etmək niyyətindədir. Biz Vyetnam-Azərbaycan İşgüzar Şurasının yaradılması niyyətini də qəbul edir, bu səfər zamanı qəti addımlar atmağı planlaşdırırıq”.

Assosiasiya rəsmisi əlavə edib ki, yaradılan imkanlardan istifadə edərək vyetnamlı tələbələr əsasən neft sahəsində təhsil almaq üçün Azərbaycana gəlirlər.

Son xəbərlər

Orphus sistemi