"Xanoba" gömrük postunun tikintisi bu il yekunlaşa bilər

"Xanoba" gömrük postunun tikintisi bu il yekunlaşa bilər Dövlət Gömrük Komitəsinin Xaçmaz rayonunun Xanoba kəndində inşa etdiyi "Xanoba" gömrük postunun tikintisi bu il yekunlaşa bilər
Biznes
4 Mart , 2021 11:55
Xanoba gömrük postunun tikintisi bu il yekunlaşa bilər

Dövlət Gömrük Komitəsinin Xaçmaz rayonunun Xanoba kəndində inşa etdiyi "Xanoba" gömrük postunun tikintisi bu il yekunlaşa bilər.

“Report”un məlumatına görə, bunu Komitənin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun kompleks tikintisi ilə əlaqədar layihə-smeta sənədləri hazırlanıb.

O həmçinin qeyd edib ki, Azərbaycan tərəfi gündəlik olaraq 500-ə yük və minik nəqliyyat vasitəsinin gömrük-sərhəd yoxlanılmasını həyata keçirir: “Qarşı tərəf isə 250 nəqliyyat vasitəsinin yoxlanılmasını həyata keçirir. Bu gömrük postunun tikintisi və istifadəyə verilməsi İrandan Rusiiyaya gələn və gedən yüklərin, eləcə də nəqliyyat vasitələrinin daha sürətli keçidini təmin edəcək. Bu keçid məntəqəsi istifadəyə verildikdən sonra şimal istiqamətində sərhədkeçmə prosesləri daha rahat və sürətli şəkildə həyat keçiriləcək”.

Son xəbərlər

Orphus sistemi