Yapon iş adamı: "Azərbaycanda kənd təsərrüfatı və turizmin potensialı daha çoxdur"

Yapon iş adamı: "Azərbaycanda kənd təsərrüfatı və turizmin potensialı daha çoxdur" Azərbaycanda kənd təsərrüfatı və turizm sahələrinin inkişafı üçün potensial daha çoxdur.
Biznes
10 Oktyabr , 2023 11:11
Yapon iş adamı: Azərbaycanda kənd təsərrüfatı və turizmin potensialı daha çoxdur

Azərbaycanda kənd təsərrüfatı və turizm sahələrinin inkişafı üçün potensial daha çoxdur.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən, Azərbaycan və Yaponiyanı turizm və iqtisadi sahədə birləşdirən Biznes Forumunda siqaret istehsalı ilə məşğul olan “TET International Development Japan” şirkətinin prezidenti Taro Savada bildirib.

"Biz 5 il bundan əvvəl Azərbaycanda tütünçülük sahəsində fəaliyyətə başladıq. Hazırda 4 zavodumuzda 2 000-dən çox əməkdaşımız var. Bu ölkəyə gələndən sonra gördük ki, kənd təsərrüfatı və turizm sahələrinin potensialı daha çoxdur. Artıq aqrar sahədə çalışdığımız üçün turizmlə də bağlı müəyyən işlər görməyə başlamışıq. Son 2 ildə Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) ilə əməkdaşlığın qurulması üçün bir sıra işlər görmüşük və bu addımlarımızı davam etdirəcəyik. Yaponiyanın Osaka şəhəri İlə Bakı arasındakı turizm sahəsində əlaqələrin güclənməsi üçün dəstək tədbirləri həyata keçirilir", - deyə o qeyd edib.

Tədbirdə çıxış edən ATB-nin İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov isə bildirib ki, təmsil etdiyi qurum Yaponiya, xüsusən də Osaka ilə turizm sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Onun sözlərinə görə, turizm əlaqələrinin artırılması üçün Büro bu ay Yaponiyada keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi