Azərbaycan şirkətlərinin və assosiasiyalarının Beynəlxalq İslam Qida Emalı Assosiasiyasına (International Islamic Food Processing Association – IFPA) cəlb olunması müzakirə edilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri ilə ölkədə səfərdə olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baydaulet arasında keçirilən görüşdə bildirilib.
Görüş zamanı AZPROMO və IOFS arasında əməkdaşlığın genişləndirilməsi, investisiya layihələri barədə məlumatların xarici investorlara çatdırılması, ixracatçıların əlaqələndirilməsi, qurumun maliyyə alətlərindən istifadə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.