Dövlət Turizm Agentliyi Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində tikinti və yenidənqurma işlərinin 1-ci mərhələsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “İsmayıllı Tikinti-27” ASC-dir.
Qalib şirkətə 1,829 milyon manat ödəniləcək.