Azərbaycan COP29-a sədrliyi çərçivəsində irəli sürdüyü fəaliyyət planı ilə artıq böyük nailiyyətə imza atıb.
Bu fikirləri "Report"un yerli bürosuna Almaniyanın Ətraf Mühit, Təbiət, Mühafizə, Nüvə Təhlükəsizliyi və İstehlakçı Müdafiəsi Federal Nazirliyinin əməkdaşı Moritz Veber Almaniyanın Bonn şəhərində COP29 Sədrliyi Fəaliyyət Gündəliyinə daxil olan bəzi təşəbbüslərin təqdimatı çərçivəsində bildirib.
"Azərbaycanın bu gün Bonnda təqdim etdiyi mövzular böyük əhəmiyyət kəsb edir. Lakin əsas iş qabaqdadır və irəli sürülən mövzuların həlli istiqamətində biz Azərbaycanı dəstəkləyirik" - M.Veber deyib.