Xorvatiya "Yaşıl enerji dəhlizi" layihəsinin həyata keçirilməsində maraqlıdır.
Bu barədə “Report”a eksklüziv açıqlamasında Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bildirib.
"Bu, Avropa İttifaqının enerji təhlükəsizliyini təmin etməyə xidmət edən vacib layihədir və düşünürəm ki, Ukraynada münaqişə başladıqdan sonra Azərbaycanın rolu daha da əhəmiyyətli olub", - o vurğulayıb.