QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ilin əvvəlində COP29-la bağlı xüsusi qrant müsabiqəsi elan edəcək.
"Report" xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva gələn il Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti barədə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən ictimai müzakirə zamanı deyib.
A.Əliyeva ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsinin Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsi olduğunu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru olduğunu qeyd edib.