Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə enerji təhlükəsizliyini müzakirə edib

Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə enerji təhlükəsizliyini müzakirə edib ​​​​​​​Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə enerji təhlükəsizliyi və əməkdaşlıq perspektivlərini müzakirə edib
COP29
15 Noyabr , 2024 10:31
Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə enerji təhlükəsizliyini müzakirə edib

Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə enerji təhlükəsizliyi və əməkdaşlıq perspektivlərini müzakirə edib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşündə aparılıb.

Tərəflər qarşılıqlı əlaqələrin təşviqi, bərpa olunan enerji və özəl sektorun maliyyələşdirilməsinə dair layihələr çərçivəsində birgə fəaliyyət barədə fikir mübadiləsi aparıblar.

Görüşdə iqlim fəaliyyətində enerjinin inklüziv şərtlər əsasında keçidinin vacibliyi vurğulanıb, davamlı inkişaf, iqtisadi şaxələnmə istiqamətində prioritetləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi