Azərbaycan səfiri BMqT-nin Norveç missiyasının başçısı ilə COP29-u müzakirə edib

Azərbaycan səfiri BMqT-nin Norveç missiyasının başçısı ilə COP29-u müzakirə edib Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Norveçdəki missiyasının başçısı Fumiko Naqano ilə COP29-u müzakirə edib.
COP29
22 Oktyabr , 2024 02:42
Azərbaycan səfiri BMqT-nin Norveç missiyasının başçısı ilə COP29-u müzakirə edib

Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Norveçdəki missiyasının başçısı Fumiko Naqano ilə COP29-u müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə təşkilatın Norveçdəki missiyasının mətbuat xidməti məlumat yayıb.

“[İsveçin paytaxtı] Stokholmda missiya başçımız Fumiko Naqano Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədovu ziyarət edib. BMqT Könüllü Qayıdış və Reinteqrasiya Proqramı üzrə əməkdaşlıq və Bakıda keçiriləcək COP29 barədə səmərəli müzakirə aparılıb”, – missiyanın sosial şəbəkə hesabında bildirilib.

Xatırladaq ki, sentyabrın 24-də COP29 Sədrliyi və BMqT iqlim dəyişikliyi, sülh və insan mobilliyi arasındakı əlaqə mövzusunda Yüksək Səviyyəli Dəyirmi Masa təşkil etmişdilər.

Son xəbərlər

Orphus sistemi