Azərbaycan və Rusiya baş prokurorları ətraf mühitin mühafizəsində qanunsuzluqlarla mübarizəni müzakirə edib

Azərbaycan və Rusiya baş prokurorları ətraf mühitin mühafizəsində qanunsuzluqlarla mübarizəni müzakirə edib Azərbaycanın Baş prokuroru Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov ilə görüşüb.
COP29
16 Noyabr , 2024 00:32
Azərbaycan və Rusiya baş prokurorları ətraf mühitin mühafizəsində qanunsuzluqlarla mübarizəni müzakirə edib

Azərbaycanın baş prokuroru Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov ilə görüşüb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, görüşdə Krasnov azərbaycanlı həmkarlarını ətraf mühitin mühafizəsi sahəsində nəzarət və hüquq-mühafizə orqanlarının səylərini birləşdirməyə çağırıb.

Onun sözlərinə görə, Rusiya Azərbaycan prokurorluğunun iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının işini aktivləşdirmək təşəbbüsünü alqışlayır və bununla bağlı Bakıda keçirilən COP29 iqlim konfransının əhəmiyyətini qeyd edir.

“Şübhə etmirəm ki, prokurorluq orqanlarının potensialı bu məsələnin həlli üçün lazımlı olacaq”, - Rusiyanın baş prokuroru deyib.

O, nümunə kimi Xəzər regionu ölkələri arasında ekoloji təhlükəsizlik üzrə əməkdaşlığı göstərib.

Son xəbərlər

Orphus sistemi