Bakıda COP26-nın prezidenti ilə COP29-a hazırlıq məsələləri müzakirə edilib

Bakıda COP26-nın prezidenti ilə COP29-a hazırlıq məsələləri müzakirə edilib BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cu sessiyasının (COP26) Prezidenti Ser Alok Şarma Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub.
COP29
17 Fevral , 2024 09:42
Bakıda COP26-nın prezidenti ilə COP29-a hazırlıq məsələləri müzakirə edilib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) Prezidenti Ser Alok Şarma Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub.

"Report" xəbər verir ki, bu barədə COP29-un Təşkilat Komitəsinin üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai "X" hesabında paylaşım edib.

Bildirilib ki, görüş zamanı tərəflər COP29-a hazırlıq məsələlərini müzakirə edilib.

Qeyd edək ki, COP26 Şotlandiyanın Qlazqo şəhərində keçirilib.

Son xəbərlər

Orphus sistemi