Belarusun Gürcüstandakı səfiri: Azərbaycanın "yaşıl enerji" sahəsindəki təşəbbüsü təqdirəlayiqdir

Belarusun Gürcüstandakı səfiri: Azərbaycanın "yaşıl enerji" sahəsindəki təşəbbüsü təqdirəlayiqdir İqlim dəyişiklikləri fonunda "yaşıl enerji" - günəş, külək və su enerjisinin istehsalı önəmlidir. Azərbaycanın bu sahədəki təşəbbüsü təqdirəlayiqdir və alqışlanmalıdır.
COP29
1 Noyabr , 2024 16:26
Belarusun Gürcüstandakı səfiri: Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsü təqdirəlayiqdir
Anatoliy Lis

İqlim dəyişiklikləri fonunda "yaşıl enerji" - günəş, külək və su enerjisinin istehsalı önəmlidir. Azərbaycanın bu sahədəki təşəbbüsü təqdirəlayiqdir və alqışlanmalıdır.

Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Belarusun Tbilisidəki səfiri Anatoliy Lis bildirib.

Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin xidmətlərinin nəticəsidir və bu, iqlim dəyişikliyi məsələsinin dünya üçün nə qədər vacib olduğunu göstərir:

"Hələ də bəziləri bu problemin ciddiliyini başa düşmür, lakin bu gün tufanlar və zəlzələlər yüzminlərlə insanın həyatına son qoyur. Bu, qlobal istiləşmə ilə birbaşa əlaqədar olan məsələlərdir. Buna ciddi nəzarət etmək vacibdir. Ciddi yanaşsaq və iqlim dəyişikliyinə daha çox təsir edən ölkələrin iştirakı ilə hərəkət etsək, problemi daha sürətlə həll edə bilərik. İstehsalatı artıran və tullantıları təbiətə atan ölkələr bu məsələdə daha aktiv olmalıdır”.

Səfir Belarusda təbiəti qorumaq üçün böyük işlər görüldüyünü qeyd edib.

“Bizdə atom elektrik stansiyası var. Əvvəllər müəyyən maddələrdən istifadə edirdik, amma hələ də qoruqlarımız var və təbiəti qoruyub saxlamağı bacarmışıq. Avropada isə bu cür yerlər çox az qalıb. Ərazilərimizin 40 faizi meşələrlə örtülüb. Bu təcrübəni digər ölkələrlə də bölüşə bilərik”, - Anatoliy Lis deyib.

Son xəbərlər

Orphus sistemi