BMT Baş katibi: COP29 nəticələrinin maliyyə aspekti əsas elementlərdən biri olacaq

BMT Baş katibi: COP29 nəticələrinin maliyyə aspekti əsas elementlərdən biri olacaq COP29-un yekunları üzrə yekun qərarın qəbul edilməsi üçün bütün ölkələrin mövqelərinin aydınlaşdırılması zəruridir.
COP29
21 Noyabr , 2024 15:31
BMT Baş katibi: COP29 nəticələrinin maliyyə aspekti əsas elementlərdən biri olacaq

COP29-un yekunları üzrə yekun qərarın qəbul edilməsi üçün bütün ölkələrin mövqelərinin aydınlaşdırılması zəruridir.

“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş COP29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında bildirib.

“İnanıram ki, biz həqiqət anına yaxınlaşırıq. Hər bir tərəf öz mövqeyini və təkliflərini aydınlaşdırmalıdır. Bu, həm maliyyə məsələləri, həm də digər aspektlər üçün ədalətlidir. Nəticə balanslaşdırılmış olmalıdır və bütün problemlər nəzərə alınmalıdır", - A.Quterreş qeyd edib.

O vurğulayıb ki, əsas məsələlər üzrə aydınlıq olmadan danışıqları davam etdirmək mümkün deyil: "COP29 nəticələrinin maliyyə aspekti əsas elementlərdən biri olacaq. Lakin yeganə vacib element olmayacaq".

Son xəbərlər

Orphus sistemi