Antonio Quterreş: COP29-da iqlim sahəsi istiqamətində ədalətli qərarların verilməsi üçün ciddi tədbirlər görülməlidir

Antonio Quterreş: COP29-da iqlim sahəsi istiqamətində ədalətli qərarların verilməsi üçün ciddi tədbirlər görülməlidir Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla iqlim sahəsi istiqamətində ədalətli qərarların verilməsi ciddi tə
COP29
28 İyun , 2024 10:01
Antonio Quterreş: COP29-da iqlim sahəsi istiqamətində ədalətli qərarların verilməsi üçün ciddi tədbirlər görülməlidir
Antoniu Quterreş

Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla iqlim sahəsi istiqamətində ədalətli qərarların verilməsi üçün ciddi tədbirlər görülməlidir.

“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, alimlər ilk dəfədir ki, yaxın bir neçə il ərzində qlobal istiləşmənin 1,5 dərəcədən çox olacağını müşahidə ediləcəyini söyləyiblər: "Amma bu o demək deyil ki, bu istiqamətdə dəyişikliyə nail ola bilmərik”.

O, insanlığın tarixin çox dramatik anında olduğunu bildirib:

“Mən bu konfransda bəzi ciddi tədbirlərin görülməsini istərdim. Lakin bundan çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla iqlim sahəsi istiqamətində ədalətli qərarların verilməsi üçün ciddi tədbirlər görülməlidir. Bu, həm dəniz səviyyəsinin yüksəlməsinin təsir göstərdiyi kiçik adalara, həm də quraqlığın əhaliyə dağıdıcı təsir göstərdiyi Afrika ölkələrinə aiddir”.

A.Quterreş qeyd edib ki, inkişaf etmiş ölkələr öhdəliklər götürməli və iqlim dəyişikliyinin təzyiqi altındakı inkişaf etməkdə olan dövlətlərin üzləşdiyi problemlərin həllinə daha səmərəli töhfə verməlidirlər.

Son xəbərlər

Orphus sistemi