BMT nümayəndəsi: Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndiririk

BMT nümayəndəsi: Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndiririk Azərbaycanın iqlim dəyişikliyi zəminində gendər bərabərliyinə böyük qayğı ilə yanaşması mühüm əhəmiyyət kəsb edir.
COP29
12 İyun , 2024 18:07
BMT nümayəndəsi: Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndiririk

Azərbaycanın iqlim dəyişikliyi zəminində gender bərabərliyinə böyük qayğı ilə yanaşması mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri "Report"un yerli bürosuna BMT-nin gender bərabərliyi, qadınlar və qızların hüquqlarının gücləndirilməsi üzrə departamentinin əməkdaşı Venge Nyirongo Almaniyanın Bonn şəhərində COP29 Sədrliyi Fəaliyyət Gündəliyinə daxil olan bəzi təşəbbüslərin təqdimatı çərçivəsində bildirib.

"Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüsləri və seçdiyi mövzuları yüksək qiymətləndiririk. Biz Azərbaycanın iqlim dəyişikliyi zəminində dövlətlərin diqqətini gender bərabərliyinin vacib məsələ olduğuna yönəltməyə çalışmasını alqışlayırıq", - o deyib.

BMT nümayəndəsi bildirib ki, 2 milyona yaxın qadın və qız iqlim dəyişikliyi nəticəsində qida azlığından əziyyət çəkir: "Azərbaycanın bu mövzunu gündəmə gətirməsi təqdirəlayiqdir".

Son xəbərlər

Orphus sistemi