BMT: Şəhər sakinlərinin yarısı həddindən çox istilik riski ilə üzləşə bilər

BMT: Şəhər sakinlərinin yarısı həddindən çox istilik riski ilə üzləşə bilər İqlim böhranına ən az töhfə verənlər ən yüksək qiyməti ödəyəcəklər.
COP29
20 Noyabr , 2024 10:12
BMT: Şəhər sakinlərinin yarısı həddindən çox istilik riski ilə üzləşə bilər
Selvin Hart

İqlim böhranına ən az töhfə verənlər ən yüksək qiyməti ödəyəcəklər.

"Report" xəbər verir ki, bunu BMT-nin Baş Katibinin iqlim fəaliyyəti üzrə xüsusi müşaviri Selvin Hart COP29 çərçivəsində təşkil olunmuş Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlərin Görüşündə bildirib.

"Heç bir qitə, heç bir bölgə, heç bir ölkə immunitetə ​​malik deyil. Dünya 1,5 dərəcə həddinə yaxınlaşdıqca, iqlim xaosunun qiyməti artır. 500 milyondan çox şəhər sakini sahilyanı ərazilərdə yaşayır və onlar şiddətli fırtınalarla, dəniz səviyyəsinin daha tez-tez qalxması ilə üzləşirlər. Təxminən 25 il sonra dünya şəhər sakinlərinin yarısı həddindən çox istilik riski ilə üzləşə bilərlər. Ona görə də iqlim dəyişikliyi ilə mübarizədə bütün səviyyələrdə əməkdaşlıqlar lazımdır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi