Burundiyalı nazir: "İlk növbədə infrastrukturu yaşıllaşdırmaqdan başlamaq lazımdır"

Burundiyalı nazir: "İlk növbədə infrastrukturu yaşıllaşdırmaqdan başlamaq lazımdır" İqlim maliyyəsinə çıxışı asanlaşdırmaq üçün bütün imkanlardan istifadə etmək lazımdır.
COP29
20 Noyabr , 2024 13:34
Burundiyalı nazir: İlk növbədə infrastrukturu yaşıllaşdırmaqdan başlamaq lazımdır

İqlim maliyyəsinə çıxışı asanlaşdırmaq üçün bütün imkanlardan istifadə etmək lazımdır.

"Report" xəbər verir ki, bunu Burundinin infrastruktur naziri Dukundane Dieudonne COP29-da İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.

Onun sözlərinə görə, ölkələr razılaşmalıdırlar ki, ilk növbədə infrastrukturu yaşıllaşdırmaqdan başlamaq lazımdır: "İqlim maliyyəsinə çıxış heç də asan olmayan bir yoldur. Buna görə də bu maliyyələşdirmə imkanlarına çıxışı asanlaşdırmaq üçün əlimizdən gələni etməliyik".

O qeyd edib ki, ölkəsindəki şəhərlərdə mühərrikli nəqliyyat vasitələrinin sayı artır və iqlim dəyişikliyinə təsiri aşkardır: "Yeganə həll yolu model dəyişikliyinə getmək, yəni nəqliyyat xidmətlərimizdə yanacaqdan asılılığı məhdudlaşdırmaq üçün metro və ya tramvay layihəsinə başlamaqdır. Bunun yaxşı tərəfi odur ki, hazırladığımız layihə özəl sektorun marağını asanlıqla cəlb edə bilər".

Son xəbərlər

Orphus sistemi