Çexiya iqlim dəyişikliyi ilə mübarizədə iddialı hədəflərə tez bir vaxtda nail olmağa ümid edir.
Bunu "Report"a eksklüziv açıqlamasında Çexiyanın ətraf mühit nazirinin müavini Petr Qolub deyib.
"Ən çox ehtiyacı olanları təmin etmək üçün inkişaf etmiş ölkələrin maliyyə töhfələri bazasını genişləndirməliyik", - nazir müavini qeyd edib.
Eyni zamanda, P.Qolub Azərbaycanın bu təşəbbüsləri irəli aparacağına ümid etdiyini bildirib.
O, həmçinin vurğulayıb ki, Çexiya sıfır emissiya konsepsiyası üzrə strategiya hazırlayıb və artıq onun icrasına başlayıb: "Biz sıfır emissiyaya keçid üçün strategiya hazırlamışıq. Beləliklə də, 2030-da Aİ hədəflərinə çatmaq və 2050-ci ilə qədər isə sıfır emissiyaya keçid yolundayıq".