Ceyhun Bayramov: Bakının çağırışı iqlim problemlərinin həllinə yönəlib

Ceyhun Bayramov: Bakının çağırışı iqlim problemlərinin həllinə yönəlib Sülh, xilasetmə və bərpa naminə Bakının iqlim fəaliyyətinə çağırışı qlobal öhdəlikləri təsdiqləyir və su çatışmazlığı, ərzaq təhlükəsizliyi riskləri, torpaqların deqradasiyası, həmçinin iqlim dəyişikliyi səbəbindən əhalinin yerdəyişməsi kimi kritik proble
COP29
15 Noyabr , 2024 11:36
Ceyhun Bayramov: Bakının çağırışı iqlim problemlərinin həllinə yönəlib
Ceyhun Bayramov

Sülh, xilasetmə və bərpa naminə Bakının iqlim fəaliyyətinə çağırışı qlobal öhdəlikləri təsdiqləyir.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəli panel iclasında çıxışında deyib.

Nazirin sözlərinə görə, ölkəmiz su çatışmazlığı, ərzaq təhlükəsizliyi riskləri, torpaqların deqradasiyası, həmçinin iqlim dəyişikliyi səbəbindən əhalinin yerdəyişməsi kimi kritik problemlərin həllinə yönəlmiş tövsiyələr təklif edir.

"Ölkəmiz ən həssas əhali qruplarının adekvat şəkildə maliyyələşdirilməsinə, torpaq və su resurslarının dayanıqlı idarə edilməsinə, dayanıqlı ərzaq sistemlərinə və münaqişə şəraitində uyğunlaşma strategiyalarına dəstək verir.

Bakının çağırışı müxtəlif maraqlı tərəfləri ümumi baxışda birləşdirən fəaliyyət üçün təməl rolunu oynayır", - C.Bayramov qeyd edib.

O bildirib ki, çağırış çərçivəsində Bakı İqlim və Sülh Fəaliyyət Mərkəzi yaradılıb. Bu, əməkdaşlıq üçün presedentsiz platforma və COP27-nin "Sülhün qorunması üçün iqlim tədbirləri" kimi əvvəlki tərəflər müzakirələrində hazırlanmış səylərin birləşdirilməsi üçün mexanizmdir.

Nazirin sözlərinə görə, Bakı mərkəzi vədləri konkret fəaliyyətlərə çevirməyə, həssas regionlarda, xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərində və ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlılığın dəstəklənməsi üçün maliyyə və texniki resursların səfərbər edilməsinə sadiqdir.

Son xəbərlər

Orphus sistemi