Münaqişələrin kənar təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 15-də Bakıda Azərbaycanın COP29 Sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs - Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) birgə təşkilatçılığı ilə “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclasında çıxışında deyib.
Onun sözlərinə görə, COP29-da sədrliyin əsas məntiqlərindən biri də bu məsələ ilə bağlı bütün tərəfləri bir araya gətirməkdir:
“Biz müxtəlif ölkələrlə həll yönümlü çıxış yolları hazırlayırıq. Odur ki, tərəfdaşlara Azərbaycana inandığına, etibar etdiyinə görə təşəkkür edirəm. Vaxtı hədər vermək olmaz. Bəyanatları konkret tədbirlərə çevirmək lazımdır”.