COP29-a hazırlıq çərçivəsində nümayəndə heyətləri rəhbərlərinin görüşü keçirilib

COP29-a hazırlıq çərçivəsində nümayəndə heyətləri rəhbərlərinin görüşü keçirilib COP28-in sədrliyi COP29 nümayəndə heyəti ilə görüşüb.
COP29
22 Fevral , 2024 16:02
COP29-a hazırlıq çərçivəsində nümayəndə heyətləri rəhbərlərinin görüşü keçirilib

COP28-in sədrliyi COP29-un sədrliyi ilə birgə Bakıda keçiriləcək iqlim konfransına hazırlıq çərçivəsində ilin ilk nümayəndə heyətləri rəhbərlərinin görüşünü keçirib.

“Report”un məlumatına görə, bu barədə COP28-in “X” hesabında məlumat yerləşdirilib.

"COP28-in sədrliyi COP29 ilə birlikdə ilin ilk nümayəndə heyətləri rəhbərləri görüşünü keçirdi. Biz BƏƏ Konsensusunu həyata keçirmək və Bakıda baş tutacaq COP29-da güclü nəticələr əldə etmək üçün zəmin yaratmaq məqsədilə il boyu bütün tərəflərlə sıx işləməyə davam edəcəyik”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək.

Son xəbərlər

Orphus sistemi