Bakıda COP29 çərçivəsində "Alman-İsrail Enerji Tərəfdaşlığı İş Proqramı 2025"in imzalanma mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbir Alman Pavilyonunda təşkil olunub. Bu proqram Almaniya və İsrail arasında enerji sahəsində mövcud tərəfdaşlığı daha da gücləndirmək, xüsusilə bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.
Tərəflər "yaşıl enerji keçidi" və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində birgə fəaliyyətlər həyata keçirməyi planlaşdırırlar. Proqram çərçivəsində enerji sahəsində innovativ layihələr və elmi-tədqiqat işlərinin reallaşdırılması nəzərdə tutulur.
Bu əməkdaşlıq hər iki ölkənin inkişafına töhfə verməklə yanaşı, daha davamlı enerji gələcəyinin qurulmasına xidmət edəcək.