COP29 konfransının keçiriləcəyi məkanda işlərin 90%-i tamamlanıb

COP29 konfransının keçiriləcəyi məkanda işlərin 90%-i tamamlanıb COP29 konfransının keçiriləcəyi məkanda işlərin 90%-i tamamlanıb.
COP29
18 Oktyabr , 2024 12:16
COP29 konfransının keçiriləcəyi məkanda işlərin 90%-i tamamlanıb
İsmayıl İsayev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi məkanda işlərin 90%-i tamamlanıb.

"Report" xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin koordinasiya şurasının üzvü İsmayıl İsayev deyib.

O bildirib ki, bu ayın sonunda görüləcək işlərin sınaq mərhələsinə başlanılacaq.

"Tədbirə hazırlıq məqsədilə bütün mərhələlər tamamlanmaq üzrədir", - İ.İsayev qeyd edib.

Qeyd edək ki, COP29 noyabrın 11-22-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi