COP29 prezidenti kiçik ada dövlətləri üzrə Danışıqlar Qrupunun nümayəndələri ilə görüşüb

COP29 prezidenti kiçik ada dövlətləri üzrə Danışıqlar Qrupunun nümayəndələri ilə görüşüb Almaniyanın Bonn şəhərində BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində COP29 sədrliyinin komandası inkişaf etməkdə olan kiçik ada dövlətləri (SİDS) üzrə Danışıqlar Qrupunun nümayəndələri ilə ikitərəfli görüş keçirib.
COP29
6 İyun , 2024 21:48
COP29 prezidenti kiçik ada dövlətləri üzrə Danışıqlar Qrupunun nümayəndələri ilə görüşüb

Almaniyanın Bonn şəhərində BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində COP29 sədrliyinin komandası inkişaf etməkdə olan kiçik ada dövlətləri (SİDS) üzrə Danışıqlar Qrupunun nümayəndələri ilə ikitərəfli görüş keçirib.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev görüşdə Azərbaycanın COP29 gündəliyində duran əsas məsələlər barədə məlumat verib.

SİDS iqlim dəyişmələrinin mənfi təsirlərinə həssas ölkələr kateqoriyasında yer almaqdadır.

Bu çərçivədə görüş zamanı iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşma, iqlim maliyyələşməsi, dəniz səviyyəsinin qalxması, təbii fəlakətlər və kiçik ada dövlətlərinin üzləşdiyi digər ekoloji problemlər və onların həlli yolları ətrafında müzakirlər aparılıb və COP 29-dan gözləntiləri dinlənilib.

Son xəbərlər

Orphus sistemi