Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) doqquzuncu günü yekunlaşmaq üzrədir.
"Report" xəbər verir ki, COP29 tədbirinin iştirakçıları ilk gündə olduğu kimi dinamik və şən görünürlər.
Onlar müxtəlif tədbirlərdə iştirak edir, COP məkanında işgüzar və əyləncəli vaxt keçirirlər. Hətta istirahət belə edə bilirlər.