Danimarkalı nazir: "Qalıq yanacaqlardan imtina məsələsi son dərəcə vacibdir”

Danimarkalı nazir: "Qalıq yanacaqlardan imtina məsələsi son dərəcə vacibdir” Ümid edirəm ki, uyğun bir yol tapılacaq. Bununla belə, həm Danimarka, həm də Avropa İttifaqı bu məsələdə çox aydın mövqe nümayiş etdirirlər
COP29
22 Noyabr , 2024 11:37
Danimarkalı nazir: Qalıq yanacaqlardan imtina məsələsi son dərəcə vacibdir”

Qalıq yanacaqlardan imtina məsələsi son dərəcə vacibdir.

Bunu "Report"a açıqlamasında Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard deyib.

“Ona görə də, bununla bağlı neqativ heç bir şeylə razılaşmırıq. Hazırda gərgin müzakirələr gedir. Ümid edirəm ki, uyğun bir yol tapılacaq. Bununla belə, həm Danimarka, həm də Avropa İttifaqı bu məsələdə çox aydın mövqe nümayiş etdirirlər", - deyə o bildirib.

Danimarkalı nazir qeyd edib ki, ABŞ-nin qalıq yanacaqlarla bağlı hər hansı bir müraciəti qəbul etməməsi ilə bağlı bəyanatı onlar üçün qəbuledilməzdir: "Biz ötən il razılaşdığımız məsələləri yenidən müzakirə etməyəcəyik. COP prosesi iqlim dəyişikliyini dayandırmağa yönəlib. 1,5 dərəcə hədəfinə çatmaq üçün əlimizdən gələni etməliyik və bu, qalıq yanacaqların mərhələli şəkildə dayandırılmasını tələb edir. Təbii ki, kənd təsərrüfatı sahəsi kimi başqa məsələlər də var".

Son xəbərlər

Orphus sistemi