Dünya Bankı: Qida sektoruna iqlim dəyişikliyinin təsirini azaltmaq üçün ayrılan vəsait artırılmalıdır

Dünya Bankı: Qida sektoruna iqlim dəyişikliyinin təsirini azaltmaq üçün ayrılan vəsait artırılmalıdır 2030-cu ilə qədər ərzaq və kənd təsərrüfatı sektorunda istixana qazı emissiyalarını iki dəfə azaltmaq üçün illik investisiya qoyuluşu 18 dəfə artırılaraq 260 milyard ABŞ dollarına çatdırılmalıdır.
COP29
19 Noyabr , 2024 16:57
Dünya Bankı: Qida sektoruna iqlim dəyişikliyinin təsirini azaltmaq üçün ayrılan vəsait artırılmalıdır

2030-cu ilə qədər ərzaq və kənd təsərrüfatı sektorunda istixana qazı emissiyalarını iki dəfə azaltmaq üçün illik investisiya qoyuluşu 18 dəfə artırılaraq 260 milyard ABŞ dollarına çatdırılmalıdır.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Kənd Təsərrüfatı və Ərzaq Departamentinin iqlimə uyğun ağıllı kənd təsərrüfatı üzrə qlobal lideri Uilyam Sattın COP29 çərçivəsində təşkil olunmuş "Aqro-ərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi" mövzusunda panel müzakirələrdə bildirib.

Onun sözlərinə görə, bu yolla 2050-ci ilə qədər sektorda emissiyaları ildə 16 giqatondan çox azaltmaq və xalis sıfır emissiyaya nail olmaq mümkündür.

Qonaq əlavə edib ki, qida sektoruna iqlim dəyişikliyinin təsirinin azaldılması üçün ayrılan vəsait çox azdır və əhəmiyyətli dərəcədə artırılmalıdır.

Son xəbərlər

Orphus sistemi