EBRD: Hərraclar "yaşıl enerji" keçidində region üçün dönüş nöqtədir

EBRD: Hərraclar "yaşıl enerji" keçidində region üçün dönüş nöqtədir Bərpa olunan enerji sahəsində hərracların təşkili region, dünya üçün prioritet məsələdir.
COP29
21 Noyabr , 2024 11:26
EBRD: Hərraclar yaşıl enerji keçidində region üçün dönüş nöqtədir

Bərpa olunan enerji sahəsində hərracların təşkili region, dünya üçün prioritet məsələdir.

"Report" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Yaşıl İqtisadiyyat və İqlim Fəaliyyəti komandasının direktoru Gianpiero Nacci COP29 çərçivəsində Azərbaycanda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının tikintisi üzrə ilk bərpa olunan enerji hərracının qalibinin elanı ilə bağlı keçirilən tədbirdə bildirib.

"Bu hərracın uğurla keçirilməsi həm Azərbaycan, həm də region üçün "yaşıl enerji" keçidində dönüş nöqtəsidir. Bu, ölkədə və regionda imkanlar haqqında güclü siqnaldır, bərpa olunan enerjiyə yeni özəl investisiyalara həqiqətən inanmaq və iqlim hədəflərinə doğru irəliləmək deməkdir", - o vurğulayıb.

G. Naccinin sözlərinə görə, bu hərrac Azərbaycan hökumətinin bərpa olunan enerjiyə sərmayə qoyuluşu üçün necə şərait yarada biləcəyinin, daha dayanıqlı və diversifikasiya olunmuş enerji sektoruna keçidi təmin edə biləcəyinin çox yaxşı nümunəsidir: "Ümumiyyətlə, bərpa olunan enerji sahəsində hərraclar region, dünya üçün prioritetdir və EBRD olaraq biz bunu həyata keçirmək üçün böyük resurslar ayırırıq. İnanırıq ki, hərraclar təkcə bərpa olunan enerji investisiyalarını artırmaq üçün deyil, həm də özəl sektoru cəlb etmək, investisiya tempini sürətləndirmək üçün çox effektiv bir yoldur".

Son xəbərlər

Orphus sistemi