İqlim fəallarının beynəlxalq təşkilatı iqlim dəyişikliyi ilə mübarizə barədə yalan vədlərə qarşı aksiya keçirib.
“Report” xəbər verir ki, fəallar COP29-un "mavi" zonasında aksiya keçiriblər.
"Bu nümayiş bizi 1,5 dərəcə hədəfinə çatdırmayacaq saxta həllə yollarına qarşı etirazdır", - aksiyanın iştirakçılarından olan britaniyalı Rori Martin Broqan bildirib.
Aksiya iştirakçısı qeyd edib ki, biokütlə və bioenerji kömürdən daha çox emissiya yaradır: "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) prosesində uçot qaydalarında onlar bərpa olunan mənbələr hesab olunur, lakin bu bir illüziyadır".
Fəal vurğulayıb ki, etirazçılar iqlim keçidinə və ədalətli iqlim maliyyəsinə nail olmaq istəyirlər.