Ekspert: Əminliklə deyə bilərəm ki, COP29 komandası üzərinə düşən işin öhdəsindən gələcək

Ekspert: Əminliklə deyə bilərəm ki, COP29 komandası üzərinə düşən işin öhdəsindən gələcək Bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəyə dünya siyasətində özünü daha da ifadə etmək üçün gözəl imkanlar açır.
COP29
29 Avqust , 2024 17:03
Ekspert: Əminliklə deyə bilərəm ki, COP29 komandası üzərinə düşən işin öhdəsindən gələcək

Bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəyə dünya siyasətində özünü daha da ifadə etmək üçün əla imkanlar açır.

Bunu "Report"a açıqlamasında Qlobal Siyasət İnstitutunun prezidenti, Vaşinqtondakı Bay Atlantik Universitetinin (BAU) politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah deyib.

“Bakıda keçiriləcək COP29 iqlim konfransı ölkənin potensialını nümayiş etdirmək üçün əla fürsətdir. Noyabrın 12 günü ərzində dünyanın hər yerindən gələn nümayəndələr Azərbaycanda olacaq, bir neçə gün ölkədə qalacaq və iqlim məsələlərinə dair bir çox əlavə tədbirlər təşkil ediləcək. Orada minlərlə insan, o cümlədən inkişaf, iqtisadiyyat və enerji sahəsində real ekspertlər olacaq”, - o bildirib.

COP29 təşkilatçılar komandası ilə bir neçə görüş keçirən ekspert onların yüksək peşəkarlığı sayəsində tədbirin böyük uğurla keçəcəyinə əminliyini ifadə edib: “Azərbaycanda olarkən mən COP29 komandası ilə bir neçə görüşdə iştirak etdim. Düzünü desəm, belə bir böyük tədbirə hazırlıq prosesi kifayət qədər mürəkkəb idi. Ancaq, əminliklə deyə bilərəm ki, indiki komandanın seçimi çox yaxşı idi və onlar mütləq bu işin öhdəsindən gələcəklər”.

Onun sözlərinə görə, bir çox ölkələr “yaşıl enerji”yə doğru irəliləməyə çalışsalar da, bizim münasibətimizdən asılı olmayaraq, dünya uzun illər neft və qazdan asılı olmağa davam edəcək: “Bu, insan həyatının təbiətindən irəli gəlir, çünki neft və qazı tamamilə əvəz edə biləcək etibarlı alternativlərimiz hələ yoxdur”.

“Bərpa olunan enerji mənbələrindən istifadəyə keçid çox müsbət tendensiyadır. Qlobal enerji balansında bərpa olunan enerji mənbələrinin payının sürətlə artmasına baxmayaraq, qeyd etmək lazımdır ki, bu sahə hələ də bazarda öz yerini tutmayıb. Başqa sözlə, bərpa olunan enerji mənbələri iqtisadi səmərəlilik baxımından karbon mənbələri ilə bərabər şərtlərdə rəqabət apara bilməz. Buna görə də, günəşli günlərdə istehsal olunan elektrik enerjisini saxlaya bilən və gecələr şəbəkəyə və ya istehlakçılara ötürə bilən ehtiyat sistemlər yaxud batareyalar lazımdır. Eyni şey külək enerjisinə də aiddir. Bəzən külək güclü ola bilir, bu da sizə digər regionlarla müqayisədə məhsuldarlıqda üstünlük verə bilər. Ancaq buna baxmayaraq, bütün bunlar hazırlanma mərhələsindədir, lakin texnologiyalar inkişaf edəcək və ya bəlkə də yeniləri meydana çıxacaq”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi