“Energy China” şirkəti, Çin nümayəndə heyətinin tərkibində bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Çin pavilyonunda paralel tədbir keçirəcək.
Bunu “Report”a müsahibəsində Çinin “China Energy International Group Co” şirkətinin Azərbaycan üzrə meneceri Şansyan Vu deyib.
O qeyd edib ki, qarşıdan gələn COP29 konfransı bərpa olunan enerji, dayanıqlı infrastruktur və iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyət göstərən şirkətlər, o cümlədən “Energy China” üçün böyük əhəmiyyət kəsb edir:
“Biz təmiz enerji sistemlərinə qlobal keçid, karbon emissiyalarının azaldılması strategiyası və iqlim dəyişikliyinə uyğunlaşma və onun nəticələrinin yumşaldılması üçün maliyyə öhdəliklərinin artırılması çərçivəsində daha çox müsbət addımlar atılmasını gözləyirik”.
Şirkət nümayəndəsi hesab edir ki, bu, Azərbaycanın “yaşıl enerji” sahəsində böyük ambisiyalarını və fəaliyyətini dünyaya nümayiş etdirmək üçün əla fürsətdir: “COP29 çərçivəsində hədəflər, siyasət və maliyyələşdirmə ilə bağlı məsələlərin əsas müzakirə mövzusu olacağı danışıqlar qarşıdakı dövrdə bərpa olunan enerjinin inkişafını müəyyən edəcək".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.